Avstraliyanın Rusiya səfirliyinin yeni binası üçün icarə müqaviləsini ləğv etmək qərarı qeyri-dost addımdır.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
O əlavə edib ki, Rusiya Avstraliyanın bu hərəkətlərinə qarşılıq verəcək.
“Avstraliya tərəfindən daha bir qeyri-dost addım. Biz bunu nəzərə alacağıq və buna uyğun olaraq davranacağıq”, – Peskov qeyd edib.
Avstraliya hökuməti imtina qərarını bu gün açıqlayıb və bunu milli təhlükəsizlik səbəbi ilə etdiyini bəyan edib.
Rusiya 2008-ci ildən Avstraliya parlamentinin yaxınlığında torpaq icarəyə götürüb. Orada yeni Rusiya səfirliyi inşa olunmalı idi. Bunun üçün 2011-ci ildə icazə alınsa da, Avstraliya kökuməti icarə razılaşmasına xitam vermək qərarına gəlib.
Azpost.info