Avstriya Daxili İşlər Nazirliyi rusiyalı jurnalist Daria Duqinanın avtomobilini partlatmaqda şübhəli bilinən ukraynalı qadın Natalya Vovkun qətli ilə bağlı məlumatı təkzib edib.
Azpost.info bildirir ki, DİN “Exxpress” nəşrinin məqaləsindəki məlumatın doğruluğunu təsdiqləməyib.
“Dövlət Təhlükəsizlik və Kəşfiyyat İdarəsindən (DSN) olan həmkarlarımızla məsləhətləşdikdən sonra sizə məlumat verə bilərik ki, Avstriyada belə bir hadisənin baş verdiyi məlum deyil. Ona görə də biz bu məlumatın doğruluğunu təsdiq edə bilmərik”.- deyə Avstriya nazirliyinin mətbuat xidmətinin nümayəndəsi RİA-nın sorğusuna cavabında deyib.
Avqustun 28-də “Exxpress”də Vovkun oteldə 17 bıçaq xəsarəti ilə ölü tapıldığı barədə məqalə dərc olunub.
