Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) 27, 28 və 29 dekabr tarixlərində ümumilikdə 37 min 800 sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edib.
BBAK-dan Modern.az-a verilən məlumata görə, bu dəqiqələrə olan statistikaya əsasən, bu gün 6 min 500 sərnişin avtovağzaldan yola salınıb.
Xatırladaq ki, BBAK 5 yanvar tarixinədək gücləndirilmiş iş rejimində çalışacaq.
Sərnişinlər sorğu və ya şikayətlərlə bağlı (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi” nə zəng edə və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “facebook” səhifəsinə yazıb göndərə bilərlər.