Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Banner

“AXC-ni DTK yaratmayıb, deyilənlər cəfəngiyyatdır…” –

User 16 Avqust 2025 - 13:28 (Last updated: 16 Avqust 2025 - 13:52)
bobkov

“Azərbaycan Xalq Cəbhəsinin DTK tərəfindən yaradılması barədə deyilənlər cəfəngiyyatdır”.

Azpost.info bildirir ki, bu sözləri SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinin birinci müavini olmuş Filip Bobkov sağlığında jurnalist Elmira Axundovaya verdiyi müsahibəsində deyib.

Müsahibəni haqqın.az saytı yayıb.

F.Bobkovun sözlərinə görə, SSRİ-də Xalq Cəbhələrini sovet dövlətini dağıtmaq istəyən qüvvələr yaratmışdı.

“Onlara Qərbdən çox güclü dəstək var idi. Mən Pribaltika xalq cəbhələrini, “Sayudis”i göstərə bilərəm. Onlar artıq “məsləhət” və dəstək üçün Bakıya gəlmişdilər. Vorkutada olan şaxtaçı tətillərini xatırlayırsınızmı? Şaxtaçılar amerikan pulları hesabına yaşayırdılar. ABŞ həmkərlar ittifaqı ora külli miqdarda pullar göndərirdilər. SSRİ-nin dağılması ilə bağlı iş çox ciddi şəkildə aparılırdı”-deyə Bobkov vurğulayıb.

DTK-nın sabiq sədr müavini 1993-cü ildə Prezident Əbülfəz Elçibəy və AXC hakimiyyətinin suqutu ilə bağlı da fikirlərini açıqlayıb: “AXC Azərbaycanda hakimiyyəti saxlaya biləcək qüvvədə deyildi. Ona görə ki, bu təşkilat spontan şəkildə yaranmış, üstəlik ziddiyyətlər üzündən parçalanmış təşkilat idi”.

F.Bobkov vurğulayıb ki, bu səbəbdən mərhum Heydər Əliyevin hakimiyyətə gəlişi heç bir sual doğurmurdu: “Mən onu  qanunauyğunluq hesab edirdim. Hesab edirəm ki, Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi xalqın ən düzgün qərarı idi. Mən onun Naxçıvanda yaşayarkən nufuzunun necə artdığını görürdüm”.

Filip Bobkov 2019-cu ildə vəfat edib.

Azpost.info

 

 

 

 

AzPost.az

Post navigation

Previous: “Putin Trampa Ukraynanı menyu kimi təklif edir”
Next: “Qərbi Azərbaycan İcması” fəaliyyətini davam etdirəcək”

Oxşar xəbərlər

kelbecer
  • Banner
  • Sosial

“Türkiyə Azərbaycana helikopter vermədi” iddiası doğrudurmu? –

User 12 Mart 2026 - 19:46
ziya bunaydov elcibey
  • Banner

Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –

User 22 Fevral 2026 - 10:00
mumiya esas
  • Banner

Firon sərdabələrini açan alimlər niyə ölürdülər? –

User 17 Fevral 2026 - 20:27

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi

User 08 Noyabr 2026 - 13:56
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında...
Read more about Ərdoğan Azərbaycana səfərə gəldi
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.