Aya Sofyaya ödənişli giriş ləğv edilib-

İyulun 24-dən ibadətə açılacaq
11 İyul 2020 - 00:00

İyulun 24-dən Aya Sofyada ilk Cümə namazı qılınacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verdikdən sonra Türkiyə xalqına etdiyi müraciətdə belə deyib.

Prezident bildirib ki, 86 ildən sonra Aya Sofyanın yenidən müsəlmanların ibadət yerinə çevrilməsi üçün hazırlıq işləri görülür.

R.T.Ərdoğan məbədə ödənişli girişin də ləğv edildiyini, qeyri-müsəlmanlara da hər zaman açıq olacağını vurğulayıb. (APA)