Azərbaycanın Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir. Azpost.info APA-ya istinadən bildirir ki, yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək. Nəzarət-buraxılış məntəqəsinin noyabrın 15-dən yaradılması gözlənilir. Ermənistan Milli Təhlükəsizlik Xidməti də noyabrın 15-dən Azərbaycanın Qafan şəhərindən Çakaten kəndinə gedən yolda nəzarət-buraxılış məntəqəsi yaradacağını açıqlayıb. Qeyd edək ki, Azərbaycan noyabrın 11-də Qafan-Gorus avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində də nəzarət-buraxılış məntəqəsi yaradıb.