Azərbaycanın Qafan-Gorus avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir. Yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək. Nəzarət-buraxılış məntəqəsinin noyabrın 11-dən yaradılması gözlənilir. Azərbaycanın bununla bağlı artıq Ermənistan tərəfini məlumatlandırdığı bildirilir.(APA)