Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi üzrə komitənin iclası keçiriləcək. Bunu Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, iclas noyabr ayında Bakıda keçiriləcək.