Yanvarın 18-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiya Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələlərinin gələcək perspektivləri müzakirə edilib. Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə edilib. Azərbaycan və Rusiya Prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.