Azərbaycanın şimalındakı ucqar dağ kəndlərinə ilk qar yağıb. "Report"un  məlumatına görə, Qubanın dağlıq kəndlərinə yağan qarın hündürlüyü 5-8 santimetr olub.  Xüsusəndə rayonun Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb. Qarın yağması təsərrüfatlara ziyan vurmasa da mal-qaranın çöldə otlamasına mane olub.