Azərişığ"ın əməkdaşı ötən gün Laçında minaya düşüb. Hadisə Laçın rayonunun Güləbird kəndində qeydə alınıb. Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb. Xəsarət alan şəxsin sağ ayağı amputasiya olunub. Faktla bağlı araşdırma aparılır. (APA)