Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il may ayının 1-i vəziyyətinə 10143521*) nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.