Azərbaycan beynəlxalq sazişlərə Ermənistanla bağlı qeyd-şərt olmadan qoşulacaq

“Beynəlxalq sazişlərə qoşulmağımız artıq dəyişəcək, qeyd-şərt aradan götürülüb”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputat bildirib ki, artıq Azərbaycanın suverenliyi tam təmin olunub: “Biz artıq beynəlxalq sazişlərə qeyd-şərtlə qoşulmayacağıq. Bu, çox böyük hadisədir”.

Qeyd edək ki, indiyə qədər Azərbaycan beynəlxalq sazişlərə Ermənistanla bağlı qeyd-şərtlə qoşulub.

 

Əvvəlki məqalə

Xankəndidə Azərbaycan radio-televiziya yayımı təmin olunur

Sonrakı məqalə

Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüblər