Azərbaycan – Ermənistan qarşılaşması ləğv olundu

08 Aprel 2020 - 15:20

Beynəlxalq Basketbol Federasiyası (FIBA) bu ilin iyununda keçiriləcək bütün turnirləri ləğv edib. 

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il baş tutmayacaq.

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparacaqdı.

Kiçik dövlətlərin Avropa çempionatının 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

FIBA yarış üçün ən yaxşı variantı hazırlamaqdan ötrü toplanacaq və mayda Şuranın növbəti iclasında təqdim edəcək.