“Azərbaycan Ermənistanla sərhəd məsələsini konstruktiv həll etməyə hazırdır” –

Baş nazir Əli Əsədov
29 May 2021 - 18:16

“Azərbaycan müstəqillik əldə edəndən sonra həmhüdud dövlətlərlə, o cümlədən Rusiya, İran və Gürcüstanla sərhədlərinin beynəlxalq hüquq normalarına uyğun şəkildə delimitasiya və demarkasiyasını həyata keçirib”.

Bunu Baş nazir Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında deyib.

O bildirib ki, Ermənistan ilə sərhədin delimitasiya və demarkasiyasını həyata keçirmək isə mümkün deyildi, çünki Azərbaycan Respublikasının ərazisinin bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi: “İndi, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistan ilə sərhəd xətləri məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırdır”.