Şimali Koreyanın rəhbəri pişik və göyərçinləri məhv etməyi əmr edib –SƏBƏB

Şimali Koreyanın rəhbəri Kim Çen In pişik və göyərçinlərə qarşı müharibə elan edib.

Azpost.info bildirir ki, bu ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün pişik və göyərçinlərin məhv edilməsinə göstəriş verilib. Koreya hakimiyyəti hesab edir ki, pişiklər və göyərçinlər koronovirusu Çindən sərhədi keçməklə gətirib yayırlar.

Sərhədyanı şəhər və kənd sakinləri quşların və pişiklərin küçələrdə güllələndiyini görüblər. Hesan şəhərində bir ailə pişiklərini vermədiklərinə görə, 20 gün təcrid olunublar. Pişik isə müsadirə edilib.

Şimali Koreya iddia edir ki, pandemiya dövründə ölkədə heç bir COVİD-19 xəstəsi aşkar edilməyib. Yalnız çox məhdud sayda adamları bu şübhə ilə qeydiyyata alıblar. Ölkə heç bir xarici yardıma ehtiyacı olmadığını bəyan edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Parlament seçkilərində 60 faiz səs alacağıq” –

Sonrakı məqalə

“Azərbaycan Ermənistanla sərhəd məsələsini konstruktiv həll etməyə hazırdır” –