Azərbaycan Gorus-Qafan yolunda İran yük maşınlarını yoxlayır –

"Bizə dedilər ki, bu dəfə hörmət edib buraxırıq..."(VİDEO)
14 Sentyabr 2021 - 17:06

Azərbaycan Qubadlı rayonu ərazisində – Qafan-Gorus yolunda post qoyaraq gömrük qaydaları tətbiq etməyə başlayıb. İrandan Ermənistana, o cümlədən, Qarabağın Rusiya hərbçilərin nəzarətində olan hissəsinə yüklər daşıyan TIR-lar həm yoxlanılır, həm də onlara gömrük rüsumu tətbiq olunur.

Azpost.info bildirir ki, Azadlıq radiosunun erməni redaksiyası bu postda saxlanılan İranlı sürüclərlə danışıb. Onlar bildiriblər ki, gömrük tariflərini ödəməklə bağlı çətin vəziyyətə düşüblər. Sürücülərdən biri deyib ki, onlar Ermənistana keçərkən torpaq basdı ödəyiblər. Amma Azərbaycana da bunun ödənməli olduğundan xəbərsiz olublar. “Azərbaycanlılar dedilər ki, bu dəfə sizə hörmət edirik. Amma gələn dəfə pulu ödəyəcəksiniz”-deyə Cənubi Azərbaycandan olan sürücü bildirib.