Azərbaycan millisi bu gün Qətərlə qarşılaşacaq

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Bu, komandamızın 2021-ci ildə son sınağı olacaq. Bakı Olimpiya Stadionundakı matç baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər. Müqaviləsi başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.

Son 4 oyununda üç qol buraxaraq uduzan milli uğursuz seriyaya yoldaşlıq görüşündə son qoymağa çalışacaq. Debretsendə keçirilən səfər görüşündə Qətərə 1:2 hesabı ilə uduzan yığma məğlubiyyətin revanşını almaq üçün meydana çıxacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı oyun saat 21:00-da başlayacaq.

Yoldaşlıq oyunu
14 noyabr
21:00. Azərbaycan – Qətər
Baş hakim: 
Donatas Rumşas (Litva)
Bakı Olimpiya Stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Qafan yolunda post qoyub

Sonrakı məqalə

Hakerlər Federal Təhqiqatlar Bürosunun saytına hücum edib