Azərbaycan millisinin Tokio-2020-dəki bayraqdarı açıqlanıb

25 İyun 2021 - 12:18

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan yığmasının bayrağını cüdoçu Rüstəm Orucov daşıyacaq.

Apasport.az saytı xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O bildirib ki, keçən Olimpiadada qızıl medal alan idmançılardan bu ilki yarışa qatılan olmayacağı üçün gümüş medalçı Orucov bayraqdar olacaq: “Rüstəm bu baxımdan ideal seçimdir”.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.