“Azərbaycan müdafiə naziri ilə birbaşa əlaqə artıq yaradılıb” –

Nikol Paşinyan
23 Noyabr 2021 - 20:58
Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqəni yaradıblar.
Azpost.info bildirir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Facebook üzərində keçirdiyi canlı yayım zamanı KİV-in QHT-lərin suallarını cavablandırarkən açıqlayıb.
“Avropa İtiifaqının sədri ilə telefon danışıqları zamanı daha bir təşəbbüs meydana çıxdı. Müdafiə nazirləri arasında birbaşa əlaqədən söhbət gedir. Məqsəd insidentlərin qarşısını almaqdır”-deyə Paşinyan bildirib.
Baş nazir bu faktın mühüm olduğunu vurğulayıb. “Mən razılıq verdim. Ümid edək ki, bu imkan regionda sabitliyin yaranmasına imkan verəcək. Deyim ki, əlaqə artıq yaradılıb. Bu çox mühümdür”.
Paşinyanın sözlərinə görə, buna qədər müdafiə nazirləri arasında belə təmas olmayıb. O qeyd edib ki, belə təmasın qurulması əvvələr müzakirə edilməyib, bu təklif atəşkəsin pozulması ilə bağlı spontan olaraq yaranıb.