Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan müharibə dövründə Ukraynaya nə qədər yardım göstərib?

User 23 Yanvar 2023 - 14:19 (Last updated: 21 May 2025 - 20:15)
ukrayna_azerbaycan_bayraqi

Azərbaycan ilə Ukrayna arasında mövcud olan dost əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır. Bu prinsip tarixin müxtəlif dönəmlərində keçərli olub və indi də belədir. Azərbaycan 44 günlük Vətən müharibəsində də Ukraynadan dost münasibəti gördü. Azərbaycan da Ukrayna ilə dost ölkə olduğunu Rusiya-Ukrayna müharibəsi dönəmində bir daha göstərməkdədir. Müharibə dönəminin xronologiyasına nəzər yetirsək, bunun əyani şahidi olarıq.

Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan dövləti Ukraynaya humanitar yardımlar göndərməyə başladı. İlk yardım müharibə başlayandan cəmi üç gün sonra – fevralın 27-də çatdırıldı. Ümumi çəkisi 137 tona yaxın dərman vasitələri, tibbi avadanlıqlar və ləvazimatlar olmaqla, humanitar yardım Ukrayna ərazisinə gətirildi. Bu ənənə müharibənin 11 ayı ərzində geniş spektrdə davam etdirilir və humanitar yardımın çeşidi də genişlənib. Buraya ərzaq məhsulları, dərman vasitələri, tibbi Ləvazimatlar, avadanlıqlar, generator və transformatorlar daxildir. Bundan başqa, Ukraynanın müxtəlif şəhərləri ilə qardaşlaşmış Bakı, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri tərəfindən bu ölkəyə tibbi sərfiyyat, ərzaq məhsulları, geyim malları, körpə uşaq qayğısı məhsulları göndərilib.

Bu günədək göndərilən və çəkisi 1050 tona yaxın olan dövlət yardımlarının ümumi məbləği təxminən 30 milyon manata yaxındır. Azərbaycanın özəl şirkətləri və vətəndaşları da dəfələrlə Ukraynaya humanitar yardımlar göndəriblər.

Ukrayna böhranı ilə əlaqədar, həmçinin Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təşkilatçılığı ilə 90-a yaxın ukraynalı uşaq Azərbaycanın müxtəlif sosial-reabilitasiya mərkəzlərində olub. İrpen şəhərində hərbi əməliyyatlar zamanı dağılmış akademik Zərifə Əliyeva adına orta məktəb SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən tam təmir edib. SOCAR, həmçinin Ukraynada təcili tibbi yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini 200 min litrdən çox pulsuz yanacaqla təmin edib.

Digər məqam isə Ukraynada yaşayan azərbaycanlıların humanitar yardımlarda fəal iştirakı ilə bağlıdır. Bu fəallıq xüsusilə cəbhə və cəbhəyanı bölgələrdə özünü büruzə verir.

Sadalanan məqamlar Azərbaycanın Ukraynanın təkcə xoş deyil, həm də ağır günlərində onun yanında olduğunu göstərir. Azərbaycan Ukraynanın böhranlı günlərində öz səmimiyyətini, mehriban dostluğunu bir daha sübuta yetirir. Bu, bir daha onu göstərir ki, iki ölkə arasında strateji münasibətlərin tarixi bağlılığa əsaslanır. (Azərtac)

Post navigation

Previous: Rusiya Estoniya səfirini ölkədən qovdu
Next: Ermənistanda ombudsman istefa verib

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.