Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Bakı Bəyannaməsini imzalayıb

27 İyul 2021 - 16:19

Bu gün Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova Birinci Üçtərəfli Görüş çərçivəsində imzalanan Bakı Bəyannaməsi ilə bağlı tərəflərin bütün təklifləri nəzərə alınıb.

Daha sonra Milli Məclis sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər Bakı Bəyannaməsini imzalayıblar.

S. Qafarova bildirib ki, imzalanan üçtərəfli format və Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.