Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan səfiri Əfqanıstana gedib –

User 15 Fevral 2024 - 12:34 (Last updated: 21 May 2025 - 20:15)
az sefir efqanistan

Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

Bu barədə Taliban XİN-in nümayəndəsi Əbdül Kaxar Balxi “X” platformasında bildirib.

Azərbaycan Respublikasının Kabildəki səfiri İlham Məmmədov xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşdə Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib.

Qeyd edək ki, müasir Azərbaycanın tarixində ilk dəfə səfir Əfqanıstanda fəaliyyət göstərəcək.

13 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb, 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib. Azərbaycanın Kabildə səfirliyinin açılması barədə qərar iki ölkə arasında 1994-cü ildə diplomatik münasibətlərin qurulmasından 27 il sonra qəbul edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən ilin dekabrında illik mətbuat konfransında bildirib ki, Bakı 2024-cü ildə Kabildə səfirlik açmağı planlaşdırır.

Xatırladaq ki, ABŞ-ın 2021-ci ildə qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını elan etməsindən sonra Taliban hərəkatı ölkə üzərində nəzarətini bərpa edib. Belə ki, avqustun 15-də Taliban döyüşsüz Kabilə girib və sentyabrın 7-də müvəqqəti hökumətin tərkibini elan edib. (APA)

Post navigation

Previous: Saatlıda zəlzələ olub
Next: DYP-dən hava şəraiti ilə bağlı

Oxşar xəbərlər

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09

xƏBƏR

Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi əməliyyat variantları barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri,...
Read more about Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.