“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması sülh müzakirələrindən kecir” –

Kurtulmuş
26 İyul 2021 - 09:50

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması sülh müzakirələrindən kecir. Ermənistan kənar ölkələrdən, diaspordan mədət ummaq siyasətindən əl çəkməlidir”.

Bunu Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nümayəndə heyətinin rəhbəri, AK Partiya sədrinin I müavini Numan Kurtulmuş bildirib.

AK Partiya sədrinin I müavini deyib ki, Ermənistanın təmkinli olması onların özü üçün də faydalıdır : “Ermənistan kənar qüvvələrə, o cümlədən diaspora arxalanmamalıdır. Azərbaycanla müzakirələr yolu ilə münasibətlər normallaşdırılmalıdır”.