“Azərbaycan və Ermənistan qarşılıqlı etimad yolunun başlanğıcındadırlar” –Rusiya XİN

“Rusiya Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında davamlı sülhə və mehriban qonşuluq münasibətlərinin qurulmasına istiqamətlənən təşəbbüsləri alqışlayır”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, buna etibarlı əsas Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarıdır.

“Rusiya bundan sonra da bu cür prosesə hər bir yardımı etməyə hazırdır. Əlbəttə ki, həm Azərbaycan, həm də Ermənistan sadə olmayan qarşılıqlı etibarlı güvənin qurulması yolunun başlanğıcındadırlar. Qarşıda az olmayan çətinlikləri, maneələri aşmaq var. Cənubi Qafqazın sabitliyi, dayanıqlı iqtisadi inkişafı Rusiyanın bu regiondan olan bütün tərəfdaşlarının marağına cavab verir. Ümid edirik ki, praktiki işlərdə tərəflər ayırıcı xətlərə deyil, münasibətlərin normallaşmasına və inam atmosferinin yaradılmasına istiqamətlənən addımlara səy göstərəcklər”, – deyə M. Zaxarova qeyd edib

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir