Keçən il geodeziya və kartoqrafiya sahəsində Azərbaycan və Rusiya arasındakı 66 nömrəli demitasiya nöqtəsindən Xəzər dənizi dibinin həmhüdud ərazisinin başlanğıc nöqtəsinə qədər olan ərazidə 15 sərhəd nişanının qoyulması və koordinatlarının təyin edilməsi, bilavasitə, 83 sərhd nişanları dirəklərinin və mərkəzi sərhəd dirəklərinin (53 sərhəd nişanı, III sahədə, 30 sərhəd nişanı IV sahədə) koordinat və yüksəkliklərin təyin olunması işləri yerinə yetirilib.
Bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.
Hesabatda qeyd edilib ki, eyni zamanda dövlət sərhədinin düzənlik sahəsi 1:10000 miqyaslı 22 vərəq, 1:25000 miqyaslı 47 vərəq vahid kartoqrafik əsasın yaradılması işləri yerinə yetirilib. (APA)