Azərbaycan vətəndaşlarından götürülən analizlərin növbəti nəticələri açıqlanıb

07 Fevral 2020 - 18:36

Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdən, o cümlədən təyyarənin ekipaj, texniki və tibbi heyət üzvləri olmaqda, 61 nəfərdən götürülən analizlərin növbəti nəticələri açıqlanıb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, analizlərin nəticələrinə əsasən, 61 nəfərdə koronavirus aşkarlanmayıb. Qeyd edək ki, bundan əvvəl də açıqlanan nəticələrə görə, həmin şəxslərdə koronavirus aşkar edilməyib.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 61 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları, ekipaj, texniki və tibbi heyət üzvləri olub. (APA)