Ölkə iqtisadiyyatına qoyulan investisiyalar niyə azalıb? –

EKSPERT ŞƏRHİ
12 Sentyabr 2021 - 12:47

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8259,4 milyon manat yönəldilib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. 

DSK-nın vurğulamasına görə, bu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz azdır: “ Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3 faiz azalıb.”

Açıqlamaya görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 5335,0 milyon manatını və ya 64,6 faizini daxili vəsaitlər təşkil edib.

İqtisadci Rəşad Həsənov “Turan” informasiya Agentliyinə verdiyi müsaibədə investisiyalarda azalmanı bir neçə səbəblə izah edib. Onun fikrincə, burada birincisi səbəb dünyadakı koronavirus pandemiyası, onun iri və orta biznesə mənfi təsiridir.

“Azərbaycanda 2020 ildə iqtisadiyyat rəsmən 4,3% azalib, realıqdada isə 7-8% azaldığı ehtimal edilir.”, deyə o qeyd edib. Onun sözlərinə görə, daha bir səbəb neft sektorundaki vəziyyətidən irəli gəlir.İqtisadçı vurğulayır ki, bu sahədə bir sıra layihələrin başa çatması kapital qoyuluşlarını azaldılıb.

İqtsadçı vurğulayıb ki, dövlət büdcəsindən də investisiya qoyuluşu azalmaqdadır. Rəşad Həsənov əlavə edib ki, Azərbaycan qeyri-neft iqtisadiyyatı xarici investorlar ücün bir o qədər də cəlbedici deyil.

İqtisadçının fikrincə, korrupsiya, məmurların iqtisadiyyata təsiri aradan qaldırılarsa Azərbaycan iqtisadiyyatının reputasiyasını yüksəltmək olar.

Amma rəsmilər də bir qayda olaraq bəyan edirlər ki, Azərbaycanda rəqabətli mühitin yaradılması üçün islahatlar aparılır və korrupsiya ilə mübarizədə hakim iradə mövcuddur.