Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Banner

Azərbaycanda 41 il əvvəl 13 yaşında tələbə olan uşaq –

User 30 Oktyabr 2024 - 10:20 (Last updated: 21 May 2025 - 20:15)
Студент Константин Славин

Студент Константин Славин

1983-cü ildə balaca Kostyanın adı bütün Azərbaycana səs salmışdı.

13 yaşlı Konstantin Slavin Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdu. O zaman bu xəbər böyük maraq doğurmuşdu.

K.Slavinin sonrakı həyatı necə olub?

Konstantin Slavin 1970-ci il 20 avqust tarixində Bakıda doğulub. Ana tərəfdən azərbaycanlı köklərə malikdir. Sovet dövründə beş yaşında birinci sinfə gedib.
Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb.

1994-95-ci illərdə ABŞ-da ümumi cərrahiyə üzrə təcrübə keçib.
Konstantin Slavin hazırda tanınmış neyrocərrah, İllinoys Universitetinin (ABŞ) professoru və Dünya Stereotaktik və Funksional Neyrocərrahiyyə Cəmiyyətinin prezidentidir.
Karyerası ərzində o, 10 mindən çox unikal əməliyyat keçirib.

Slavinin karyerasında mərhum prezident Heydər Əliyev unikal rol oynayıb. Onun sözlərinə görə, Tibb İnstitutunda ən gənc tələbə olduğu üçün təhsil müəssisəsi onu qəbul etməkdən çəkinib.
“Bu məsələdə Heydər Əliyevin böyük rolu olub. Heydər Əliyeviç mənim inkişafımın bir çox mərhələlərində iştirak edib. Mən bunu o illərdə dərk etmirdim. Onu iki dəfə görmüşəm. İlk dəfə birinci sinifdə Siyasi Büro üzvlərinə gül təqdim edəndə, ikinci dəfə onunla tibb tələbəsi kimi səhnədən danışdım. Yadımdadır, o, mənə o qədər maraqla baxırdı ki…”-deyə KİV-ə açıqlamasında bildirib.

Slavin ABŞ-da yaşasa da Azərbaycanı unutmur. İldə bir neçə dəfə Bakıya gəlir.
“Valideynlərim, dostlarım, qohumlarım hələ də Bakıda yaşayırlar. Fəxr edirəm ki, bakılıyam, bizim ailə həmişə Azərbaycan adət-ənənələrinə sadiq olub. Təbii ki, indi paytaxt başqa cür görünür: fərqli imic və yeni prioritetlər var. Amma mənim üçün həmişə uşaqlığımla bağlı olacaq. Azərbaycanda həmişə dəyişməz qalan insanların mehribanlığı və qonaqpərvərliyidir. Bakı mənim evimdir, doğma şəhərimdir. Mən Azərbaycan vətəndaşı və vətənpərvər olaraq qalıram”.

“Anam və atam heç vaxt təhsilimlə bağlı məni bütə çevirməyiblər.Adi bir uşaq kimi böyütdülər”-deyə o bildirib.
Slavinin iki övladı var. Oğlu və qızı atalarının peşəsini davam etdirməyiblər. Oğlu San-Fransiskoda, qızı Vaşiqntonda yaşayır.

 

Slavin ABŞ, Rusiya, Avropa, Asiya, Latın Amerikası və Avstraliyadakı universitetlərdə və klinikalarda elmi mühazirələr oxuyur. 400 -dən çox elmi əsərin və nəşrin, 4 ixtiranın patentinin müəllifidir.

Azpost.info

 

Hörmətli oxucular,

Azpost.info saytı oxucularını saytın abunə və kraudfandiq-ianə kampaniyasında iştraka dəvət edir.

Saytda maraqlı hesab etdikləri araşdırmaların, müsahibələrin, özəl layihələrin altında göstərilmiş kart və ya bank hesabına 1 manatdan başlayan ianə və ya abunə məbləğini köçürə bilərsiniz.

KapitalBank:

Kraudfandiq-ianə üçün:

Kart: 5239 1517 9209 9734

Post navigation

Previous: Azərbaycanda COP29-la bağlı enerji sisteminin işi gücləndiriləcək
Next: Prezident Bakıda yeni salınan parka gəlib

Oxşar xəbərlər

kelbecer
  • Banner
  • Sosial

“Türkiyə Azərbaycana helikopter vermədi” iddiası doğrudurmu? –

User 12 Mart 2026 - 19:46
ziya bunaydov elcibey
  • Banner

Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –

User 22 Fevral 2026 - 10:00
mumiya esas
  • Banner

Firon sərdabələrini açan alimlər niyə ölürdülər? –

User 17 Fevral 2026 - 20:27

xƏBƏR

ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçiriləcək. Azpost.info təqdim edir.   AzPost.az
Read more about Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.