Azərbaycanda 4,3 bal gücündə zəlzələ oldu
Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində 4,3 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar Gəncə şəhəri və ətraf rayonlarda, habelə Zaqatala və Qaxda da hiss olunub.
Dağıntı və tələfat haqda məlumat yoxdur.
