Azərbaycanda 6 ballıq zəlzələ olub –

Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı silkələnib
08 Noyabr 2019 - 09:55

Yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında – Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilib.

Yeraltı təkanlar 6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.