Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır.
Baş nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə imzaladığı qərarə əsasən, 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir. 1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun – 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq.
7 günlük tətildən sonra isə yeni iş günü iyulun 3-dən başlayacaq.