Azərbaycanda 9 iri şirkət ləğv olunur –

SİYAHI
23 Sentyabr 2021 - 16:56

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus olan 10 iri şirkətin ləğvetmə proseduru başlayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata əsasən “Azərşüşətara” MMC, “Azərtütün”, “Bakı Ayaqqabı”, “Mingəçevir İzolit”, “Şəki Heyvandarlıq”, “Şəki Kərpic İstehsalı”, “Şəki İpək İstehsalı”, “Şəki Ət və Süd Məhsulları”, “Azərpambıq” ASC ləğv olunur. Kreditorlar iki ay ərzində öz tələblərini aşağıdakı ünvana təqdim edə bilərlər: AZ1006, Bakı ş, Yasamal r.nu, Qədirli küçəsi, 125.

“Azərbaycan Sənaye Korporasiyası” 2017-ci ildə dövlət aktivlərinin səmərəli idarə edilməsi, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin qurulması, qeyri-neft sektorunun inkişafına təkan verilməsi və s. bu kimi məqsədlər üçün yaradılıb.