Prezident İlham Əliyev Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsinin yaradılması haqqında fərman imzalayıb.
Azpost.info xəbər verir ki, fərmana əsasən, Fondun ilkin nizamnamə kapitalının formalaşdırılması üçün bu il dövlət büdcəsindən 1 milyon manat ayrılacaq.
2020-ci ildə bu rəqəm 6 milyon manata, 2021-ci ildə 9 milyon manata çatdırılacaq.
Fondun fəaliyyətinə Kənd Təsərrüfatı Nazirliyinin 2, Maliyyə Nazirliyinin 1, Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 və fermerlər assosiasiyasının 1 nümayəndəsindən, ümumilikdə 5 nəfərdən ibarət Himayəçilik Şurası nəzarət edəcək. Şuranın sədri Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi olacaq. Şura üzvləri ictimai əsaslarla işləyəcəklər.