Azərbaycanda bütün teatr və konsert salonları koronavirus təhlükəsi ilə əlaqədar 27 mart tarixinə qədər bağlanıb.
Azpost.info bildirir ki, bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev sərəncam imzalayıb.
Sərəncamla əlaqədar bütün aktyor heyəti evə buraxılıb, repertuarda nəzərdə tutulan tamaşaların vaxtı qeyri-müəyyən vaxta təxirə salınıb.