Azərbaycanda dərman vasitələrinin içlik vərəqələri ilə bağlı məhdudiyyət aradan qaldırılır

Azərbaycanda dərman vasitələrinin içlik vərəqələri ilə bağlı məhdudiyyət aradan qaldırılır.

Bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün kifayət qədər ciddi problem yaradırdı: “Çünki xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraqlı deyildilər. “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması təklif edilir. Türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması təklif edilir”.

Əvvəlki məqalə

Paşinyanın iştirakı ilə 44 günlük müharibə üzrə komissiyanın iclası iyunun 27-də davam etdiriləcək

Sonrakı məqalə

Qanunsuz ianə alan siyasi partiyalar cərimələnəcək