Azərbaycanda daha 2 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən sağalan və vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 896 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 599 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 16 nəfərdir. Ölkədə son sutka ərzində 346, hazırkı dövrədək isə 7 637 355 test aparılıb.

Əvvəlki məqalə

Naxçıvan Perinatal Mərkəzinin direktor müavini işdən çıxarılıb

Sonrakı məqalə

Prezident ötən ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib