Azərbaycanda daha 52 şagirddə koronavirus aşkarlandı –

Daha 10 məktəb distant təhsilə keçirildi
12 Oktyabr 2020 - 18:30

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 2 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 52, işçi heyətinin sayı 16 olub.

Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı isə 15 olub. Koronavirus səbəbindən distant təhsilə keçirilən məktəblərin sayı isə 10 olub.

Ümumilikdə bu günə qədər distant təhsilə keçirilən siniflərin sayı 55, məktəb sayı isə 20 olub.