Bu gün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Sadıqov Məzahir Qafar oğlu vəfat edib.
57 yaşlı hakim uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, M. Sadıqov 1963-cü ildə anadan olub. O, 2005-2010-cu illərdə Bakı şəhəri 13 saylı Hüquq Məsləhətxanasında vəkil, 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildə isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Xatırladaq ki, qısa müddət öncə Azərbaycanda 3 hakim vəfat edib. Onların koronavirusdan öldüyü bildirilir. (Teleqraf.com)
Allah rəhmət eləsin!