Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlanıb

15 Mart 2021 - 10:53

Azərbaycanın şimal-qərb bölgəsində daha iki məktəb koronavirusa görə bağlanıb.

Qax şəhər 4 və 2 saylı tam orta məktəbləri martın 15-dən distant təhsilə keçib.  

Buna səbəb məktəbdə müəllimlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Bundan başqa, Bakı şəhərində də bir məktəb koronavirus səbəbindən karantinə bağlanıb.

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə dərslər dayandırılıb, tədris distant formata davam etdiriləcək. (APA)