Xaçmazda məktəb direktoru evində ölü tapılıb

Xaçmazda evdə qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xaçmazda yaşayış evində meyiti tapılan şəxsin məktəb direktoru olduğu müəyyənləşib.

 Alıcqışlaq kənd orta məktəbinin direktoru, 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur. (APA)

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlanıb

Sonrakı məqalə

11 illik təhsil üzrə buraxılış imtahanlarının vaxtı açıqlanıb –