Martın 11-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Hotel Ulduz Təsnifatı prosesinin keçirilməsi üçün assosiasiyaya müraciət edən hotellərdə qiymətləndirmə keçirilib.
Bu məqsədlə paytaxtın bir neçə hotelinə media-tur təşkil edilib. Media-tur zamanı qurumların əməkdaşları tərəfindən Milli Hotel Ulduz Təsnifatı üçün müraciət etmiş hotellərin ulduzlaşmaya görə təyin edilən standartlara uyğunluğu yoxlanılıb və hotellərə baxış keçirilib.
Media-tur çərçivəsində jurnalistlər üçün mətbuat konfransı təşkil edilib.