Azərbaycanda koronavirusa yoluxanların 53 faizi qadınlardır

19 Avqust 2021 - 11:50

Azərbaycanda koronavirusa yoluxanlar arasında qadınlar üstünlük təşkil edir.

“Koronavirusinfo.az” saytının məlumatına görə, ölkədə COVID-19-a yoluxanların 53 faizi qadın, 47 faizi kişilərdir.

Məlumata əsasən, ölkə əhalisinin 34 faizi koronavirus əleyhinə peyvənd olunub.