Bu günədək Azərbaycanda koronavirusa yoluxanların sayı 267-dir, onlardan 26 nəfəri sağalıb. Koronavirusa yoluxmuşlar arasında 5 ölüm faktı qeydə alınıb.
Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 24 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 298 nəfərdir, onlardan 15 pasiyentin vəziyyəti orta ağır, 11 isə ağırdır.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.