Hazırda Azərbaycanda ahıl yaşlı insanların sayı 720 min nəfərdir”.
Azpost.info -nun məlumatına görə, bunu modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, ahıl dedikdə 70 yaş və onun üzəri əhali nəzərdə tutulur:
“Amma məlum olduğu kimi, karantin dövründə 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstəriləcək.
Hazırda 65-70 yaş arası tənha yaşayanların ayrıca qeydiyyatı yoxdur. Bu səbəbdən də 24 martdan etibarən 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-Çağrı mərkəzinə zəng edərək, qeydiyyata alınmalıdırlar”.
Şöbə müdiri qeyd edib ki, ümumilikdə 9500 tənha ahıla və əlilliyi olan şəxsə sosial xidmətlər göstərilir.