Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərin əl işləri sərgidə göstərilib –

FOTO
18 Mart 2021 - 12:48

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 14-cü ildönümü və Novruz bayramı ilə əlaqədar ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərin əl işlərindən ibarət satış sərgisi təşkil olunub.

DMX-dən bildiriblər ki, əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik şəxsləri üzə çıxarmaqdır. Ekspozisiyada rəngarəng toxuculuq məhsulları, gipsdən hazırlanmış heykəltəraşlıq və rəsm nümunələri, saxsı qablar, Novruz atributları yer alıb. Müxtəlif yaş qruplarına məxsus əl işlərinin satış məqsədi yaradıcı əməyin maddi baxımdan stimullaşdırılmasıdır.