Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərin əl işləri sərgidə göstərilib –FOTO

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 14-cü ildönümü və Novruz bayramı ilə əlaqədar ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərin əl işlərindən ibarət satış sərgisi təşkil olunub.

DMX-dən bildiriblər ki, əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik şəxsləri üzə çıxarmaqdır. Ekspozisiyada rəngarəng toxuculuq məhsulları, gipsdən hazırlanmış heykəltəraşlıq və rəsm nümunələri, saxsı qablar, Novruz atributları yer alıb. Müxtəlif yaş qruplarına məxsus əl işlərinin satış məqsədi yaradıcı əməyin maddi baxımdan stimullaşdırılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusun “Britaniya ştammı” aşkarlanıb –

Sonrakı məqalə

“Aprelin 1-dən Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə bilərlər” –