Azərbaycanda təhsil alan keçmiş Anqola prezidenti vəfat edib

Anqolanın keçmiş prezidenti Joze Eduardo dos Santos İspaniyada 79 yaşında vəfat edib.

Azpost.info xəbər verir ki, bu barədə Anqola prezidentinin administrasiyası məlumat yayıb.

Joze Eduardo dos Santos Anqolaya 1979-2017-ci illərdə rəhbərlik edib. 2017-ci il seçkilərindən sonra onu prezident vəzifəsində Anqolanın müdafiə naziri Juan Lorensu əvəzləyib. Həmin andan keçmiş prezidentin övladları dövlət vəzifələrindən uzaqlaşdırılıb, oğlu isə 2018-ci ilin sentyabrında korrupsiya ittihamı ilə həbs olunub. Az sonra Santos ölkəni tərk edib və yalnız 2021-ci ildə geri qayıdıb.

Dos Santos Sovet İttifaqında təhsil alıb – Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. O, Sovet İttifaqı ilə dostluq münasibətləri saxlayıb, Leonid Brejnevlə görüşüb, Konstantin Çernenkonun dəfn mərasimində iştirak edib.

Azpost.info

Əvvəlki məqalə

“Conson gedəndən sonra da Ukraynaya dəstək verəcəyik”

Sonrakı məqalə

Bakıda bu avtobusların hərəkət intervalında gecikmələr var