Azərbaycanda xüsusi karantin rejiminin müddəti 3 ay uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-dək uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 2 oktyabr saat 06:00-dək uzadılsın”-deyə qərarda deyilir.

Qeyd edək ki, bundan əvvəl bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.

Əvvəlki məqalə

“Niyə gedib vətəndaşlarla işləməyib?” –

Sonrakı məqalə

“Neftçala icra başçısının vətəndaşlar tərəfindən döyülməsi barədə iddia yalandır” –