Ağcabədidə yeni doğulan körpəni küçəyə atdılar –FOTO

Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: “Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə”.

Qeyd edək ki, daha öncə Sumqayıt və Ucarda körpələr küçəyə atılmışdı.

**

Ağcabədidə küçəyə atılan körpənin vəziyyəti normaldı.

Bu barədə Yenisabah.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, məsələ Dövlət komitəsinin nəzarətindədir: “Hazırda körpə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasıda müayinə olunur, bütün lazımı tədbirlər də görülür”.

Qeyd edək ki, bu gün körpə oğlan uşağı Ağcabədi rayonunda küçəyə atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Daşkəsəndə “Çovdar” qızıl mədənindəki işlərlə tanış olub

Sonrakı məqalə

Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib